Soyuq və şaxtalı hava şəraiti davam edəcək
Dekabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 4-də gündüz yağmursuz hava şəraiti gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.