Prosineçki Azərbaycan millisinə baş məşqçi təyin olundu

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Yığıncağın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsi olub. APA TV-nin məlumatına görə, iİclasda gündəlikdəki 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb. Məşqçilər Komitəsinin yaradılması,  əsasnaməsinin və üzvlərinin təsdiqi, Milli komandanın, U-21 yığmasının baş məşqçilərinin təsdiqinin müzakirəsi, Klublar Komitəsinin yaradılmasının və əsasnaməsinin təsdiqi, Lisenziyalaşdırma qrupunun  məlumatı və digər məsələlər müzakirə edilib. Artıq İcraiyyə Komitəsi Robert Prosineçkimi baş məşqçi postuna təsdiqləyib. 45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. O, artıq İcraiyyə Komitəsinin iclasına qatılıb.

Müəllif | Apa.Tv
Apa.tv