Türkiyəli nazir: "Azərbaycanla ortaq peyk yaratmaq istəyirik"
"Türkiyə Azərbaycanla ortaq peykini yaratmaq istəyir".
APA TV-nin məlumatına görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri Işık bildirib: “Türkiyə tərəfinin arzusu ortaq araşdırma, inkişaf və icarə peyki layihəsi hazırlamaqdan ibarətdir. Hazırda məsələ ilə bağlı danışıqlar aparılır”.
Fikri Işık "Azersky” yüksək ayrıdetməli Yer səthini məsafədən müşahidə peykinin təhvil verilməsi ilə bağlı Azərbaycanı təbrik edib
Qeyd edək ki, Azərbaycan 2014-cü ilin iyununda imzalanmış Azərbaycan və Fransanın kosmik sənaye sahəsində strateji əməkdaşlığı çərçivəsində orbitə buraxılan SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyini əldə edib. "Azersky" adı verilən peyk dekabrın 2-də "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycana təhvil verilib.
"Azersky" və "SPOT 6" Yer səthinin gün ərzində altı milyon kvadrat metrlik ərazisində çəkiliş apara biləcək ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür.