Bakıda QDİƏT ölkələrinin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Bakıda Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir. APA TV-nin xəbərinə görə, iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə edilərək, qəbul olunub

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan olan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

Müəllif | Apa.Tv