Gəncədə yaşayış evində partlayış olub, 1 nəfər yaralanıb

Gəncə şəhərində yaşayış evində partlayış olub. Kəpəz rayon Polis İdarəsindən APA.TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, ev 14 ünvanında qeydə alınıb. Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Qələndərov Rövşən Xəlil oğlu yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış olub və o əlin, sifətin birinci, ikinci dərəcəli yanığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R. Qələndərovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli