İraq DİN: Saxlanılan qadın Bağdadinin arvadı deyil
İraq Daxili İşlər Nazirliyi Livan xüsusi xidmət orqanları tərəfindən saxlanılan qadının “İslam dövləti” qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin həyat yoldaşı olmadığını bəyan edib. APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, saxlanılan Saya Əbdül Həmid əl-Dulaimi İraqın cənubunda partlayışlar törətdiyi üçün edam olunan Ömər əl-Dulaiminin bacısıdır. İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi Saad Maan bildirib ki, əl-Bağdadinin iki arvadı var. Bunlar Əsmayə Fevzi Məhəmməd əl-Dulaimi və Əsra Rəcəb Mahel əl-Kvaizidir.