Rövnəq Abdullayev: "Qurban Qurbanovu milliyə ona görə baş məşqçi təyin etmədik ki..."

AFFA prezidenti Rövnəq Abdullayev mətbuat konfransı keçirib. APA TV-nin məlumatına görə, o, 2018-ci ilin seçmə mərhələsinə kimi müqavilə imzalanın xorvatiyalı mütəxəssis Robert Prosineçkinin qarşısına qoyulan hədəfləri açıqlayıb: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər. Onun qarşısına konkret məsələ qoyulub”. AFFA prezidenti hazırda “Qarabağ”da çalışan Qurban Qurbanovun milliyə gətirilməməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, əsas komandaya gətirilməsi onun üçün problem yarada bilər: “Qurbanovu o vaxt “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.  

 

Müəllif | Apa.Tv
Apa.tv