Şabranda avtomobillə vurulan müəllim ölüb
Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən 62 yaşlı piyadanı vurub. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Ölən şəxsin Şabran 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndi olduğu müəyyənləşib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır.