Prezident İlham Əliyev fəvvarələr və şəlalələr kompleksində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib. Qeyd edilib ki, 150 metr uzunluğunda olan kompleks ən müasir səviyyədə qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.

 

Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 

Müəllif | Apa.Tv