Hacıqabulda 19 yaşlı oğlan restoranda müəmmalı şəkildə ölüb

Hacıqabulda 19 yaşlı oğlan  zəhərlənmədən ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının kənarında Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində yerləşən restoranlardan birində qeydə alınıb. Şirvan sakini, 1995-ci il təvəllüdlü Musayev Mürsəl Mahir oğlu Kürdəmirdən Bakı şəhərinə gedən avtobusun müvəqqəti dayanacağındakı restoranda həyat yoldaşı ilə çay içərkən halı pisləşib və ölüb.  Onun meyiti müayinə üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə təhvil verilib. Qohumları onun zəhərlənərək oldürüldüyünü iddia edirlər. Hacıqabul rayon prokurorluğundan isə bildirilib ki, meyitin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə göndərilib. Yalnız ekspertizanın rəyindən sonra istintaq onun hansı şəraitdə öldüyünü müəyyənləşdirəcək.

 

Faktla bağlı Hacıqabul rayon Prokuroluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı