Kolumbiyada təyyarə qəzası:10 ölü
Kolumbiyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. APA TV-nin “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Boqotadan Baya-Solano şəhərinə uçan təyyarə ölkənin mərkəzində yerləşən Tolima departamentində yerə düşüb.
Tolima departamentinin Xilasetmə Xidməti qəza nəticəsində 10 nəfərin - təyyarənin göyərtəsində olanların hamısının həlak olduğunu bildirib. Qəzanın səbəbləri hələlik məlum deyil.
Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.