Saxlanılan şəxs: "Narkotiki Şəmkirdə yol kənarından yığmışam"
Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 37 yaşlı Quliyev Vasif Asif oğlu saxlanılıb. APA TV-nin xəbərinə görə, bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkarlanıb. Saxlanılan Vasif Quliyevin sözlərinə görə, narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb. O, Bakıya iş dalınca gəldiyini deyib.
Faktla bağlı Abşeron PRŞ -də cinayət işi başlanıb, araşdırma aparılır.