"Neftçi"nin oyundan qovulan futbolçusu dava saldı
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçi" - "Qaradağ Lökbatan" oyununda qalmaqal baş verib. APA TV-nin məlumatına görə, İsmət Qayıbov adına stadionunda baş tutan qarşılaşmanın 67-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Kaue da Silva qırmızı vərəqə alıb.
Buna səbəb braziliyalının ayağını tapdalayan rəqib futbolçunu üzərinə gedib, ona sərt şəkildə etiraz etməsi olub. Matçın baş hakimi Vüsal Əliyev Kauenin bu hərəkətini qırmızı vərəqə ilə cəzalandırıb.
Hakimin qərarı ilə razılaşmayan Kaue da Silva ona kobud şəkildə etiraz edib. Futbolçu yoldaşları onu güclə sakitləşdiriblər.