Zərdab sakini 80 manat borca görə qadını soydu
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları soyğunçuluqla məşğul olan şəxsi yaxalayıb. APA TV-nin məlumatına görə, Zərdab rayon sakini Elton Ağababalı Ağa Neymətulla küçəsi ilə hərəkət edən xanımın pul kisəsini əlindən alaraq qaçıb. Aparılan əməliyyat tədbirləri nəticəsində 22 yaşlı Elton Ağababalı saxlanılıb. Saxlanılan şəxs bildirib ki, tanışından 80 manat borc alıb. Aldığı borcu vaxtında qaytara bilmədikdə çıxış yolunu soyğunçuluqda görüb.
Təqsirləndirilən Elton Ağababalının sözlərinə görə, hadisə baş verən gün qardaşı ilə əlaqə saxlayıb. Böyük qardaşı ona borc yiyəsindən vaxtı uzatmağı xahiş edəcəyini deyib. O isə qardaşının sözümə qulaq asmayıb.
Faktla bağlı cinayət işi başlanıb.