Çeçenistanda 3 polis öldürülüb

Çeçenistanın paytaxtı Qroznı şəhərində silahlılar 3 yol polisi əməkdaşını öldürüblər.

 

APA TV-nin İTAR-TASS agentlinə istinadən verdiyi xəbərə görə, Qroznının mərkəzindəki Mətbuat evində polis əməkdaşları yaraqlıları mühasirəyə alıblar. Bu barədə Rusiyanın Çeçenistan üzrə DİN mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

 

Silahlıların məhvi istiqamətində keçirilən xüsusi əməliyyat bu gün saat 08.00 radələrində başa çatıb. Silahlı quruplaşmanın 7 üzvü öldürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv