Orta məktəbdə şagirdin telefonunu zorla əlindən alan gənc tutulub

Binəqədi RPİ-nin əməkdaşları özgəsinin əmlakını talamaqda təqsirləndirilən 20 yaşlı Cəfərov Ruzigar Zahir oğlunu həbs ediblər. APA TV-nin xəbərinə görə, istinaqla müəyyən olunub ki, o, bir vaxtlar təhsil aldığı orta məktəbə gədərək, orada şagirdlərdən pul tələb edib: "Girdim məktəbə, pul  tələb etdim. 2 saylı Sirk məktəbində, əvvəllər Cəbrayıl məktəbi olub. Pulu olan yox idi, bir nəfərin telefonu vardı. İstədim, dedi evdə problem çıxar. Tənəffüsü gözlədim. Çəkdim onu yan otağa, telefonu istədim".

 

9-cu sinif şagirdi Vüqar Məmmədov "Samsunq Galaxy" markalı telefonunu  ona verməyə məcbur olub. Təqsirləndirilən şəxs digər sinif otaqlarına girərək dərsləri pozub və uşaqlardan pul tələb edib. Zərərçəkən qorxduğundan hadisəni bir müddət gizlətsə də, sonradan valideynləri bundan xəbər  tutaraq polisə müraciət ediblər: "Ərk elədim, telefonu aldım, dedim ondan da yaxşısını gətirəcəyəm".

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, oğurluğu pula ehtiyacı olduğuna görə törədibmiş. Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv