Qroznıda antiterror əməliyyatlarında 7 polis öldürülüb - REAL GÖRÜNTÜ
Çeşenistanın paytaxtı Qroznıdakı məktəblərin birində silahlı şəxslərin gizləndiyi məlum olub. Onların terror aktı törədəcəyi istisna olunmur. APA TV-nin xəbəriə görə, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov açıqlama verib. Kadırovun sözlərinə görə, terrorçular hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb. Onların zərərsizləşdirilməsi üçün tədbirlər görülür. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərdə deyilir ki, təhsil müəssisəsi Qroznının "Çap Evi"nin yaxınlığında yerləşir. Məlumata görə, orada da silahlılar var. Hüquq mühafizə orqanları əməkdaşları ilə oradakı terrorçular arasında atışma olub. "Çap Evi"nin yanan üst mərtəbələrindən 7 terrorçunun meyiti tapılıb. "RİA Novost"nin verdiyi məlumata görə, atışmada 7 polis əməkdaşı da öldürülüb. 21 nəfərin yaralandığı bildirilir. Ramzan Kadırov bildirib ki, hazırda 20 nömrəli məktəbdə də antiterror əməliyyatı keçirilir, vəziyyət onun nəzarətindədir.