Bakıda orta məktəbdə yanğın olub
Bakının Biləcəri qəsəbəsində 102 saylı məktəbdə yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğına məktəbin qaz borularındakı nasazlıq səbəb olub. Şagirdlər binadan təxliyə ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını cəlb edilib. Yanğının tədris binasına keçməsinin qarşısı alınıb. Orta məktəbdə dərs bərpa olunub.