Qubada 24 yaşlı oğlan özünə bıçaqla ölümcül xəsarət yetirib
Quba rayon sakini özünü bıçaqlayıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1990-cı il təvəllüdlü Fərəc Soltanov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.
Anası Nərgiz Soltanova deyib ki, oğlu ailəlidir, iki övladı var.
Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hazırda Fərəc Soltanovun vəziyyəti orta ağırdır.
Quba rayon Polis Şöbəsindən bildirilib ki, bıçaq xəsarətləri alan şəxs ilkin ifadəsində öz-özünü bıçaqladığını deyib. O, həmin vaxt sərxoş olduğu qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.