Bakıda 8 dərəcə isti olacaq

Dekabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-8 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında dekabrın 5-də hava yğmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal və Şərq rayonlarında yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv