Qroznıda əməliyyat başa çatdı: 19 ölü, 20 yaralı

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda silahlıların zərərsizləşdirilməsi ilə bağlı keçirilən xüsusi əməliyyatın başa çatdığını bəyan edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ramzan Kadırov əməliyyat zamanı 9 silahlı şəxsin öldürüldüyünü bildirib. Onun sözlərinə görə, hadisəni Doku Umarovun tərəfdarlarının törətdiyinə dair dəqiq məlumat var. Kadıov deyib ki, Doku Umarovun qardaşının səs yazısını əldə ediblər. "Onlar Qroznıda qarışıqlıq yaratmağa hazırlaşırdılar. Bu gün buna cəhd etdilər" deyə Kadırov "Rossiya 24" kanalına bildirib.

 

Qeyd edək ki, Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 10 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv