Bakıda minaatan mərmisi tapılıb
Bakıda minaatan mərmisi tapılıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nobel prosepekti 36 ünvanında tikinti işləri aparılan ərazidə döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minlardan təmizlənməsi üzrə çevik qrupu zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əraziyə baxış keçirilərkən, 1 ədəd döyüş tətbiqinə yararsız 82 millimetrlik mina atan mərmi aşkarlanıb. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı məhv edilməsi üçün poliqon ərazisinə aparıb.