Kömək etmək adı ilə qadınların çantasını alıb qaçan soyğunçu tutulub
Sumqayıt polisi ayrı-ayrı vətəndaşlara qarşı soyğunçuluq edən Şamaxı rayon sakini, 30 yaşlı Tərlan Qocayevi saxlayıb. APA TV-nin xəbərinə görə, aparılmış araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs guya kömək etmək məqsədi qadınlara yaxınlaşaraq onlara, məxsus əl çantalarını və digər əşyalarını götürərək qaçırmış.
Törətdiyi əməli etiraf edən Tərlan Qocayev oğurladığı çantalarda olan pulu hara gəldi xərclədiyini bildirib.
Qeyd edək ki, saxlanılan şəxsin hələlik 12 nəfərə qarşı soyğunçuluq hadisəsi törətdiyi məlumdur. Sumqayıt polisi vətəndaşlardan xahiş edir ki, Tərlan Qocayevin əməllərindən zərər çəkən varsa, dərhal Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etsinlər. Faktla bağlı araşdırmalar davam etdirilir.