Bakıda iki avtomobil toqquşub

Ötən gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İnşaatçılar prospektində qeydə alınıb. APA TV-nin məlumatına görə, Vaqif Vəzirova məxsus "Nissan" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində prospektdəki isıqforların birində qırmızı işıqda dayanan Cavid Sadıqova məxsus "Toyota" markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Hadisə yerinə gələn yol polisi əməkdaşları müayinələr apariblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

 

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Avtomobilllər evakuator vasitəsi ilə hadisə yerindən götürülüb.

 

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə müşahidə kamerası var. Hadisəyə kameranın görüntülərinə baxıldıqdan sonra hüquqi qiymət veriləcək. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv