Bakıda səhv ötmə əməliyyatı qəzaya səbəb olub

Səhv ötmə əməliyyatı Bakıda qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində baş verib.

 

"Changan" markalı minik maşını Əhməd Rəcəbli küçəsi ilə metronun "Nərimanov" stansiyası istiqamətində hərəkət edirmiş. Bu vaxt arxadan gələn başqa bir maşın yol hərəkəti qaydalarını pozmaqla avtomobili ötmək istəyib. Sürücü idarəetməni itirib və maşını "Changan"a vurub. Bu avtomobil isə yol kənarında dayanan qaldırıcı krana çırpılıb.

 

Qəzaya səbəb olan və markası dəqiqləşdirilən avtomobilin sürücüsü hadisə yerini tərk edib.

 

Yük maşınına çırpılan avtomobilin sürücüsü ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv