Xaçmazda iki əmioğlu müəmmalı şəkildə bıçaqlanıb
Xaçmaz rayonunda iki əmioğlu bıçaqlanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakinləri - 37 yaşlı İsmayılov Ərəstun və İsmayılov Davud bədənlərinin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsinin həkimi Ağayar Quliyevin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti stabildir.
"Öz həyətlərində təxmini tanıdıqları adamlar tərəfindən bıçaqlanıblar. Xəstələrə müvafiq yardım edilib, xəstəxanaya yerləşdiriliblər. Hazırda vəziyyətləri kafidir, həyatları üçün təhlükə yoxdur".
Xaçmaz rayon Polis Şöbəsindən bildirilib ki, əmioğlularını bıçaqlayan şəxslərin kimliyi müəyyənləşdirilib. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.