Cəlilabadda "Mercedes" mikroavtobusla toqquşdu: 6 yaralı

Cəlilabad rayonunda 6 nəfərin ağır  xəsarət alması ilə nəticələn ağır yol-nəqliyyat  qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında  Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini  Elvar Qurbanovun idarə etdiyi  “Mercedes” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən  qarşı tərəfdən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “Mercedes”də olan dörd, “Ford”un isə iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyyətinin ağır olduğu bildirilir. İlkin versiya kimi  qəzanın “Ford” markalı sərnişin mikroavtobusunun yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv