Türkiyənin «Sabah» qəzeti Azərbaycandan üzr istəyib
Türkiyənin «Sabah» qəzetinin internet saytı ötən gün yayımlanan yazıda ermənilərin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrıca dövlət kimi göstərilməsinə aydınlıq gətirib.
Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran «sabah.com.tr» saytının baş redaktoru İsa Tatlıcan bunun yanlışlıq olduğunu və aradan qaldırıldığını bildirib: Onun sözlərinə görə, səhvən hazırlanmış agentlik xəbərində işğal altındakı Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət olaraq göstərilib. Telefonla edilən xəbərdarlıqdan sonra bu, yayından çıxarılıb. "Tamamilə agentlik qaynaqlı bir xəta səbəbi ilə baş verən bu kiçik yanlış anlaşılmaya görə üzr istəyirik», - deyə İ. Tatlıcan qeyd edib.
Qeyd edək ki, saytda “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” başlığı altında getmiş məqalədə “İşte dünyadaki ülkelerin isimleri listesi” Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil dövlət kimi göstərilib.