Lənkəranda yolu keçmək istəyən piyadanı maşın vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın  Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Şatıroba kənd sakini, 37 yaşlı Paşa Qabil oğlu Babayevin idarə etdiyi “VAZ-2107” markalı, 44 BK 088 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəranın Tükəvilə kənd sakini, 39 yaşlı Söhrab Şakir oğlu Əkbərovu vurub. Zərərçəkəni avtomobilin sürücüsü dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparıb. Baş nahiyəsindən xəsarət alan Söhrab Əkbərova müvafiq tibbi yardım göstərilib və vəziyyətinin stabil olduğu bildirilir.

 

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv