Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb
Beyləqanda azyaşlı uşağın əli ətçəkən maşında qalıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar.