Ucarda dəhşətli qəza: 3 nəfər diri-diri yandı
Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində (rayon mərkəzindən 18 km aralı) "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.