Bakıda “Təbrizin sehrli nağılları” kitabı təqdim olundu

Bakıda  “Təbrizin sehrli nağılları” kitabının təqdimatı olub. APA TV-nin xəbərinə gröə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, “Təbrizin sehrli nağılları” kitabı Azərbaycan tarixi və mədəniyyətini dünyada tanıtdırmaq baxımından atılan növbəti addımlardan biridir. “Təbrizin sehrli nağılları” kitabı “Paşa Həyat Sığorta” ASC və BP şirkətinin dəstəyi ilə nəşr olunub.


Tədbirdə çıxış edən BP şirkətinin regional direktoru Qordon Birrel Azərbaycanın tarixi irsini təbliğ edən layihələrdə iştirak etməkdən məmnun olduğunu diqqətə çatdırıb.


“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Niyaz İsmayılov, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı kitab haqqında fikirlərini bildiriblər.


Mərasim muğam ifaçılarının konserti ilə davam edib.

 

Xatırladaq ki, Azərbaycan abidələrinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 2013-cü ildə “İrs” silsiləsi çərçivəsində yeni layihəyə imza atılıb. Layihənin iki kitabı “Qədim qalanın yuxuları” və “Qobustan - minilliklər kitabı” adlı nəşrlər artıq işıq üzü görüb. Kitablar UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Bakının qədim hissəsi - “İçərişəhər” və Azərbaycanın qayaüstü incəsənətinə həsr edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv