Ucar sakini öz evində yanaraq ölüb
Ucarda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti 10 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin qismən yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.