Bakıda əsas yollardan biri təmirə bağlanıb
Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən xəbərə görə, sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur.