Binə ticarət mərkəzində bıçaqlanma: tanışların mübahisəsi qanla qurtardı
Qaradağ rayonu ərazisində, Binə ticarət mərkəzində bıçaqlanma hadisəsi baş verib. Bazarda tanışların mübahisəsinin nəticəsi ağır olub. Anlaşılmazlıq nəticəsində Sənan Novruzov ticarət mərkəzinin qarşısında tanışı Cavanşir Quliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Amma o, qısa müddətdə yaxalanıb.
APA TV-nin xəbərinə görə, rayon Polis İdaərəsində dindirilən Sənan Novruzov törətdiyi cinayəti etiraf edib. Bildirib ki, Cavanşır Quliyevin onu təhqir etdiyinə görə bıçağa əl atıb. Faktla bağlı araşdırmalar davam edir.