Amerikalı jurnalist Yəməndə öldürülüb
Yəməndə "əl-Qaidə" terror təşkilatının girov götürdüyü amerikalı fotomüxbir öldürülüb. APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə jurnalistin xilas edilməsi üçün keçirilən əməliyyat zamanı baş verib. Ölüm faktını onun bacısı Lyusi Sommers də təsdiqləyib. Bu vaxta qədər isə Lyuk Somersin ölümü barədə bir neçə dəfə xəbər çıxıb.