Şəmkir sakini keçmiş qayınanasını 11 bıçaq zərbəsi ilə öldürüb

Şəmkirdə qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Dəllər qəsəbəsində qeydə alınıb. APA TV-nin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Babək Hüseynov münaqişə zəminində keçmiş qayınanası, 1961-ci il təvəllüdlü Svetlana Abbasovanı bıçaqlayaraq qətlə yetirib.

 

Mərhumun həyat yoldaşı Aslan Abbasov qızının bir müddət əvvəl rəsmi şəkildə  boşandığını deyib.

 

Rəsmi olaraq, ayrılsalar da Babək Hüseynov dəfələrlə keçmiş həyat yoldaşına barışmağı təklif edib. Qadın buna razı olmayıb. Dəfələrlə qadını ailə üzvlərini öldürəcəyi ilə hədələyib. Ötən gün keçmiş həyat yoldaşının polisə və rayon prokurorluğuna bu mesajlar və hədələrlə bağlı müraciəti Babək Hüseynovu qəzəbləndirib. O, məsələni həll etmək üçün qayınatasının yaşadığı mənzilə gəlib: "Qızımı aparıb, öz evinə qoydum. 10 dəqiqə keçmədi, gəldim ki, yoldaşıma 11 bıçaq vurub".  

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, B.Hüseynovun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli