Gəncədə 34 yaşlı şəxs özünü 5-ci mərtəbədən ataraq öldürüb
Gəncədə intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Rəfibəyli küçəsində yerləşən beşmərtəbəli binada baş verib.
Binada yaşayan ruhi əsəb xəstəsi, 1980-ci il təvəllüdlü Hüseyn Rəsulov özünü 5-ci mərtəbədən yerə atıb. O, travmatik şok diaqnozu ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.