Bakı-Quba yolunun kənarı tullantılardan təmizlənib
Bakı-Quba yolunun kənarı zibillərdən təmizlənib. APA TV-nin xəbərinə görə, bu işə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları cəlb olunub.
İməcilik zamanı toplanan məişət tullantıları xüsusi poliqonlara aparılacaq. Oradan isə təkrar emal üçün müvafiq müəssisələrə göndəriləcək. Tədbirlərin mütəmadi olaraq, digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.