Ağdamda yasdan qayıdan ailənin maşını su quyusuna aşıb

Ağdamda təkəri partlayan "Mercedes" markalı minik maşını yol kənarındakı su quyusuna düşüb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Şirinov Nazim Tapdıq oğlunun idarə etdiyi maşın yoldan çıxaraq köhnə kəhriz quyusuna aşıb.

 

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb, həyat yoldaşı Şirinova Turanə Şirin qızı isə orta ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların yas mərasimindən qayıtdığı bildirilir.

 

Faktla bağlı Ağdam Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv