Lerikdə brokanyerlərdən silah və heyvan cəmdəkləri götürülüb
Lerik rayonu ərazisində qanunsuz ov edən 2 nəfər Bərdə sakini saxlanılıb. APA TV-nin məlumatına görə, saxlanılan şəxslərdən 2 ədəd 12 millimetr kalibrli ov tüfəngi, 20 ədəddən çox patron və hər biri 70 kiloqrama yaxın iki ədəd soyulmuş qaban cəmdəyi götürülüb. Araşdırma zamanı məlum olub ki, həmkəndlilər 5 ilə yaxındır, müvafiq strukturlardan icazə almadan qanunsuz şəkildə ovla məşğul olublar.
Faktla bağlı araşdırma aparılır.