İsrail Dəməşq beynəlxalq aeroportunu bombalayıb

Suriya İsrail təyyarələrinin paytaxt Dəməşqin yaxınlığında yerləşən Dimas yaşayış məntəqəsinə zərbələr endirməsinə münasibət bildirib. APA TV-nin Suriya mənbələrinə istinadən verdiyi məlumat görə, aviazərbələr beynəlxalq aeroportun yerləşdiyi ərazilərə endirilib. İnsan tələfatının olmadığı bildirilsə də dağıntılar qeydə alınıb. Rəsmi Tələviv isə bu barədə hələlik heç bir açıqlama verməyib. Buna baxmayaraq İsrail mətbuatı təyyarələrin hədəfində Suriyanın hərbi bazalarının olduğunu yazıb. Aviazərbələrdən məqsədin "Hizbullah"a aid olan obyektlərin məhv edilməsi olduğu deyilir.

 

Xatırladaq ki, "Hizbullah" Suriya ordusu tərəfindən döyüşür.

Müəllif | Apa.Tv
Apa.tv