Amerikalı həmsədr: "Təəssüflənirik..."
"ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməməsindən təəssüflənirik".
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb. "Dialoq sülh prosesinin vacib bir hissəsidir" deyə o, qeyd edib.
Xatırladaq ki, ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü baş tutmayıb.