Ombudsman: "Yeni ildə əfv gözləniləndir"
"Yeni ilə və Həmrəylik Günü ilə bağlı əfv sərəncamının olması gözləniləndir".
APA TV-nin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib: "Vaxtilə mən Əfv Komissiyasının üzvü olmuşam. Vaxtilə mən Əfv Komissiyasının üzvü olmuşam, amma əfv sərəncamı barədə danışmaq Ombudsman üçün icazəli deyil. Mən çətinlik çəkirəm deyim ki, əfv fərmanı olacaq, ya yox. Amma olması gözlənilir".
Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən sonuncu əfv sərəncamı bu il oktyabr 17-də imzalanıb.