Mikayıl Cabbarov Saatlıda vətəndaşları qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Saatlıda qəbul keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, nazir Saatlı şəhərindəki Gənclər Mərkəzində Şirvan şəhəri, Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayon sakinlərini qəbul edib. Nazirə müraciətlər əsasən, müəllimlərin attestasiyası, diplomların tanınması, xaricdə təhsil, tələbələrin və müəllimlərin bir universitetdən digər təhsil müəssisələrinə köçürülməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ödənişləri, işlə təminat, təkliflər və sair problemlərlə bağlı olub. Bir sıra məsələlər operativ şəkildə həll edilib, digər müraciətlərin qanunvericiliyə müvafiq qaydada  araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Qəbulda 60-a qədər sakin iştirak edib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı