Konqoda terrorçular 34 nəfəri xəncərdən keçiriblər
Demokratik Konqo Respublikasının şimal-şərqindəki bir kənddə 34 nəfər uqandalı üsyançılar tərəfindən baltalanaraq öldürülüb. Bölgə rəsmilərindən Ömər Kavotanın verdiyi məlumata görə, balta və xəncərlərlə silahlanmış şəxslər Şimali Kivu bölgəsində Beni kəndi yaxınlığında 2 qəsəbəyə hücum edib. Hücum nəticəsində 34 nəfər öldüyü dəqiqləşdirilib, ancaq ölü sayının artması ehtimalı var. İnsanlar kiçik ölçülü baltalarla doğranıb. Bir qəsəbə liderinin evinə od vurulub, özü, arvadı və uşaqları yanaraq ölüb.
Beni kəndində oxşar hücumlar nəticəsində son iki ay ərzində ölü sayı 250-yi keçib. Hücumları uqandalı ADF-Nalu üsyançılarının həyata keçirdiyi güman olunur. Eş-Şəbab terrorçuları ilə bağlantısı olan üsyançıların bölgədəki sabitliyi pozmaq və Demokratik Konqo Respublikasındakı BMT qoşunlarına inamı sarsıtmaq fikrində olduğu qeyd olunur.