Sumqayıtda məcburi köçkün yataqxanada 24 yaşlı oğlanı öldürüb

Sumqayıtda qətl törədilib. Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə dekabrın 7-dən 8-ə keçən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov aralarında yaranmış münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Toğrul Əsdanovu bıçaqlayaraq qətlə yetirib.

 

Prokuror köməkçisi Pərviz  Əliyev  deyib ki, hadisə 2 saylı yataqxananın yanında olub. Hər ikisi orda yaşayır, qonşu olub.

 

Hadisənin söyüş üstündə baş verdiyi bildirilir. Onların hər ikisi Laçın rayonundan məcburi köçkündür. Hadisəni törədən V. Xəlilov saxlanılıb.  Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

 

Müəllif | Apa.Tv