Qız üstündə qətl törədən 18 yaşlı oğlanın məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə baxış dekabrın 15-nə  təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il martın 2-də Fərrux Zeynalov münaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Fərrux Zeynalov bildirib ki, hadisə vaxtı o, parkda məşq edirmış. Həmin vaxt Elçin Dəmirovun qızlı öpüşdüyünü və buna görə ona irad tutduğunu deyən F.Zeynalov daha sonra məlum hadisəni törədib. 

 

Başqa bir məlumata görə isə Fərrux Zeynalov Elçin Dəmirovun nişanlandığı qızı sevib. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və məlum hadisəni törədib.

 

Elçin Dəmirov ali məktəbdə prezident təqaüdçüsü olub. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakultəsini bitirib, istədiyi qız isə hazırda  BDU-da “Kimya” fakultəsində təhsil alırmış.

Müəllif | Apa.Tv
Apa.tv