BP şirkətinin regional prezidenti Bakı Ali Neft Məktəbində olub
Dekabrın 8-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub. APA TV-nin xəbərinə görə, Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının, Azərbaycanın neft qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu diqqətə çatdırıb. Qordon Birrell BANM-in tələbələri üçün "20 illik uğurlu neft yolu" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 20 il ərzində əməkdaşlıq etmək çox böyük bir tarixdir.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.