İmişlidə qum karxanası yanıb

İmişlidə yanğın baş verib. Hadisə rayonun Çahar kəndi ərazisində, Araz  çayının sahilində yerləşən qum  karxanasında qeydə alınıb. APA TV-nin xəbərinə görə, Namiq Xankişiyevə məxsus karxanada işçilər üçün nəzərdə tutulan vaqon tipli yeməkxanada yanğın başlayıb. Alov qısa müddətdə güclənib. Hadisə zamanı yeməkxana  üçün nəzərdə tutulan vaqon yanar konstruksiyaları ilə birgə yanaraq sıradan çıxıb. Dərhal əraziyə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Alovun yaxınlıqda yerləşən maşın mexanizm və texniki avadanlıq, eyni zamanda digər tikililərə keçməsinin qarşısı  alınıb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı